Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən qərb regionunda (Gəncə, Samux, Daşkəsən, Göygöl, Goranboy) məskunlaşmış keçmiş məcburi köçkünlər üçün Gəncə şəhərində ödənişsiz peşə hazırlığı kursları təşkil ediləcək. Kurslar həm nəzəri, həm də praktiki hissədən ibarətdir. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar həmin peşə üzrə sertifikat əldə etməklə yanaşı, işlə də təmin olunmasına dəstək göstəriləcək.Peşələr aşağıdakılardır:
✅️ Rəqəmsal Marketinq Mütəxəssisi
✅️ Qrafik dizayner
✅️ Proqram tərtibatçısı
✅️ Ofis meneceri
✅️ Videoqraf
✅️ Elektrik
✅️ Təmirçi-çilingər
✅️ Aşpaz
✅️ Mobil Cihazların Təmiri Texniki
✅️ Təmizlikçi
✅️ Çörəkçi / Qənnadçı
✅️ Barista
✅️ Tikişçi/dərzi
✅️ Ofisiant
✅️ Satıcı/ Kassir
✅️ Bərbər, vizajist manikürçu
Kurslar 18-50 yaşlı bəylər və xanımlar üçün uyğundur.Maraqlanan şəxslər (+99455)9501378 (Hüseyn Xəlilov) nömrəsi ilə əlaqə saxlaya bilər.